Azərbaycan məktəbliləri piko peyk hazırlayacaqlar

17.11.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 17 noyabr, AZƏRTAC

Noyabrın 20-də “Azərkosmos”un nəzdində fəaliyyət göstərən KOSMİK Akademiya və Dünya Məktəbinin əməkdaşlığı çərçivəsində məktəblilər piko-peyk hazırlayacaqlar.

AZƏRTAC xəbər verir ki, layihə şagirdlərə kosmik texnologiyaların hazırlanması və tətbiqi prosesində praktiki təcrübə qazanmaq imkanı yaradacaq. Layihə çərçivəsində məktəblilər “PocketQube 1P” formatlı piko-peykin layihələndirilməsi, hazırlanması və sınaqdan keçirilməsi prosesində iştirak edəcəklər. Onlar, həmçinin peykin orbitə buraxılmasından sonra əldə ediləcək məlumatlarla işləmək imkanı qazanacaqlar.

Beynəlxalq texniki tərəfdaş qismində Braziliyanın “IDEIA Space” şirkəti çıxış edəcək. Açılış mərasimində layihənin məqsədləri, həyata keçirilmə mərhələləri və gözlənilən nəticələri barədə ətraflı məlumat veriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью