Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir. 8 dekabr 2024-cü il tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetində, univ
Tədbirin əsas məqsədi Ulu Öndər Heydər Əliyevin zəngin irsini gənclər arasında təbliğ etmək və onun mübariz, məqsədyönlü həyat yolunu iştira
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Ardınca Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqində Azərbaycan Memarlıq və İnşaat Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru cənab Orxan Naqdiyev çıxış edərək Heydər Əliyevin gənclərin inkişafında oynadığı mühüm rolu vurğulayıb.
Daha sonra EDU Company Təhsil Şirkətinin direktor müavini cənab Hüseyn Manafov çıxış edərək, belə tədbirlərin Ulu Öndərin irsinin daha geniş auditoriyalara çatdırılmasında əhəmiyyətini qeyd edib.
Tədbir çərçivəsində Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən xüsusi videoçarx nümayiş olunub.
İştirakçılar Heydər Əliyevin zəngin irsi ilə bağlı intellektual suallar və tapşırıqlara cavab verərək, öz biliklərini sınayıblar.