Azərbaycan mənzil və kommunal təsərrüfatı xərclərini azaldıb

22.10.2025

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət büdcəsindən mənzil və kommunal təsərrüfatına 159 milyon manat xərclənib.

Metbuat.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18 milyon manat və yaxud 10,2 % azdır.

Məlumata görə, hesabat dövründə mənzil və kommunal təsərrüfatı xərclərinin 57,3 %-i icra edilib.

Xatırladaq ki, 9 ayda dövlət büdcəsindən mənzil və kommunal təsərrüfatı xərclərinə 277,4 milyon manat ayrılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью