Azərbaycan Mərakeşdə keçirilən 16cı beynəlxalq MEDays forumunda təmsil olunur

28.11.2024

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Noyabrın 27-də Mərakeşin Tancə şəhərində “Suverenlik və dayanıqlılıq imkanları: yeni qlobal tarazlığa doğru” mövzusunda 16-cı beynəlxalq MEDays forumu işinə başlayıb. Tədbir Mərakeş Kralının himayəsi altında keçirilir.

Noyabrın 30-dək davam edəcək forumda dünyanın 100-dən çox ölkəsindən 6 mindən çox nümayəndə iştirak edir. Tədbir çərçivəsində keçiriləcək panel iclaslarında 250-dən çox yüksək səviyyəli qonağın çıxış edəcəyi gözlənilir. Çıxışçılar arasında dövlət və hökumət başçıları, görkəmli siyasi xadimlər, Nobel mükafatçıları da var.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью