“Azərbaycan Mərkəzi Asiya formatı bütün dünya üçün əhəmiyyətlidir” Deputat

03.08.2026

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

“Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfəri ilk növbədə iki qardaş ölkə arasında münasibətlərin daha da güclənməsinə, genişlənməsinə yol açır”.

Bu barədə 525.az-a Milli Məclisin deputatı Asim Mollazadə səfərin əhəmiyyətini şərh edərkən bildirib.

Deputat hesab edir ki, səfərin əsas nəticələrdən biri məhz münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldilməsi oldu.

Onun sözlətinə görə, bu səfər, eyni zamanda Azərbaycanın türk dünyasında qardaş ölkələrin birliyi, çoxşaxəli əməkdaşlığı üçün növbəti mühüm bir addım oldu.

A.Mollazadə Azərbaycan - Mərkəzi Asiya formatının əhəmiyyətinə diqqət çəkib:

“Bu, çox mühüm bir formatdır. Əslində təkcə Azərbaycan və Mərkəzi Asiya ölkələri üçün deyil, bütün dünya üçün əhəmiyyətlidir, qitələri birləşdirən yeni bir sistem formalaşır. Bu, enerji, nəqliyyat, ticarət sahələrində Avropa ilə Asiya qitələrinin əməkdaşlığının təməl bir sistemi olacaq. Mənə elə gəlir ki, bu istiqamətdə Azərbaycan aparıcı rol oynayır”.

Deputat əlavə edib ki, Azərbaycan tək türk dövlətləri ilə deyil, Mərkəzi Asiyadakı bütün dövlətlərlə müttəfiqlik və əməkdaşlıq istiqamətində öz səylərini göstərir:

“Düşünürəm ki, bu proses daha da inkişaf edəcək və burada Azərbaycanla yanaşı, qardaş Türkiyə də var. Yəni söhbət artıq Avropa ilə Asiyanın, iki qitənin yeni bir sisteminin yaradılmasının dünyaya nümayişindən gedir”.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью