Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan və Almaniya arasında iqtisadiyyat, investisiya və enerji sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur.
SİA xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan David Vadeful Azərbaycan və Almaniyanın xarici işlər nazirlərinin birgə mətbuat konfransı zamanı deyib.
Nazir bildirib ki, Almaniya-Azərbaycan əlaqələri, eləcə də Avropa İttifaqı çərçivəsində əməkdaşlıq məsələləri müxtəlif səviyyələrdə, o cümlədən prezidentlər səviyyəsində müzakirə olunub.
Onun sözlərinə görə, tərəflər xüsusilə iqtisadiyyat və investisiya sahələrində mövcud potensialı yüksək qiymətləndirirlər. Vadeful Azərbaycanın Mərkəzi Avropanın enerji təchizatında mühüm rolunu vurğulayaraq, ölkəmizin enerji təminatına verdiyi töhfənin yüksək qiymətləndirildiyini və bu əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsinin vacibliyini qeyd edib.
Nazir əlavə edib ki, Almaniyanın iqtisadi məsləhətçiləri Azərbaycanda fəaliyyət göstərir və mövcud potensialın tam reallaşdırılması üçün bir sıra addımlar atılır.