Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib

25.11.2024

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Azərbaycan Mərkəzi Bankı (AMB) 43 nəqliyyat vasitəsinin könüllü (KASKO) sığortalanması üçün elan etdiyi açıq tenderə yekun vurub. SİA dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Atasığorta" ASC-dir.

Qalib şirkətə 33 741 manat ödəniləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью