Azərbaycan Mərkəzi Bankına 10 cu baş direktor təyin edilib

01.05.2026

Icma.az xəbər verir, Banco.az saytına əsaslanaraq.

Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyinə yeni təyinat olub.

Məlumata görə, Sadiq Fərhad oğlu Axundov mayın 1-dən etibarən baş direktor təyin edilib.

Bununla da AMB-nin baş direktorlarının sayı 10-a çatıb.

Qeyd edək ki, Sadiq Axundov əmək fəaliyyətinə 2009-cu ildən “Azəriqazbank”da müxtəlif vəzifələrdə, o cümlədən Proqram təminatlarının və platformaların idarə edilməsi şöbəsinin müdiri vəzifəsində işləyib. 2017-2019-cu illərdə “Amrahbank”ın Məlumat bazası və proqramlaşdırma şöbəsinin rəisi, 2019-2024-cü illərdə “ZiraatBank Azərbaycan”nın İnformasiya texnologiyaları departamentinin direktoru olub. 2024-cü ildən Mərkəzi Bankda Sədrin ofisi departamentinə məsləhətçi təyin edilib. Yeni vəzifəsinə qədər AMB-nin İnformasiya texnologiyaları əməliyyatları departamentinin direktoru olaraq çalışıb.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью