Azərbaycan Mərkəzi Bankına daha üç yeni baş direktor

06.02.2025

Icma.az, Sia Az saytına istinadən bildirir.

Azərbaycan Mərkəzi Bankına (AMB) daha 3 baş direktor vəzifəsinə təyinat olub. SİA bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, yeni baş direktorlar Anar Mansurov, Elrad Seydiyev və Tərlan Rəsulovdur. Bununla da, AMB-nin baş direktorlarının sayı 9-a çatıb.

A.Mansurov indiyə qədər qurumun Maliyyə idarəetməsi departamentinin, E.Seydiyev Maliyyə bazarlarında əməliyyatlar departamentinin, T.Rəsulov isə Valyuta ehtiyatlarının idarə edilməsi departamentinin direktoru olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью