Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir. İslam dininin 5 əsas şərtindən biri namaz qılmaqdır.
Namaz üçün isə azan verilməlidir. Bu gün Azərbaycanda hər gün müəyyən saatlarda azan səsləndirilir.
Bunun üçün isə məscidlərdə müəzzinlər fəaliyyət göstərir. Müəzzin məscidlərdə azan oxuyan şəxslərdir.Azan vasitəsilə insanalara həm namaz va
Müşahidələr göstərir ki, müasir çağda heç də bütün məscidlərdə azan canlı olaraq səsləndirilmir. Bəzən canlı azanı fonoqram əvəzləyir.
Modern.az saytının əməkdaşı Azərbaycanda azanların canlı, yoxsa fonoqramla səsləndirildiyini araşdırmağa çalışıb.
Bunun üçün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, İrəvan Qazılar Şurasının rəhbəri Bəxtiyar Nəcəfovla əlaqə saxladıq.
Din xadimi saytımıza açıqlamasında bildirdi ki, Azərbaycandakı məscidlərdə azan əksər hallarda fonoqramla, bəzi hallarda isə canlı səsləndirilir: “Azanı canlı versələr yaxşı olardı.
Köhnə kişilər minarəyə qalxar, azan verərdilər. Artıq bizdə onu etmirlər. Bu da texnologiyanın inkişafı ilə bağlıdır.