Azərbaycan mətbəxinin nümunələri Yunanıstanda təqdim edilib

17.06.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

Afina, 17 iyun, AZƏRTAC

Yunanıstanın Saloniki şəhərindəki Plaz Aretsusda meydanında 24-cü “Xeyirxahlıq üçün qida” (“Food for Good”) - ənənəvi Beynəlxalq Qida Festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, festivalda “Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə qurulmuş guşədə milli mətbəximizin ləziz təamları, müxtəlif çeşidli şirniyyatlar, Azərbaycan çayı və şərabı iştirakçılara təqdim olunub.

Festivalda hər il ziyarətçilərə 40-dan çox ölkənin mətbəx nümunəsi təqdim edilir.

Qeyd edək ki, tədbirdə toplanan vəsait Yunanıstanın Filiro bölgəsində yerləşən uşaq evinə ianə olunacaq.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью