Azərbaycan milli komandalarının rəqibləri bilindi

17.06.2026

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

17 və 19 yaşadək qadın futbolçulardan ibarət milli komandalar arasında 2026/2027-ci illər mövsümü üzrə Avropa çempionatının birinci mərhələsinin püşkü atılıb.

Fanat.Az xəbər verir ki, püşkatma mərasimində Azərbaycan millilərinin də rəqibləri müəyyənləşib. 

B Liqasının 1-ci qrupunda yer alan U-17 İrlandiya, Kosovo və Albaniya yığmaları ilə mübarizə aparacaq.

B Liqasının 3-cü qrupunda qərarlaşan U-19 isə Serbiya, Şimali Makedoniya və Monteneqro seçmələri ilə qarşılaşacaq.

Oyunlar bu ilin payızında baş tutacaq. Oyunların keçiriləcəyi ölkə və tarixlər hələ dəqiqləşməyib. 
 

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью