Azərbaycan milli komandasının heyətində dəyişiklik baş VERDİ

10.11.2024

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib. 

Redaktor.az-ın məlumatına görə, Rüstəm Əhmədzadə klubu “Zirə”nin heyətində zədələndiyi üçün heyətdən çıxarılıb.

Onun əvəzinə “Qarabağ”ın hücumçusu Musa Qurbanlı milliyə dəvət alıb.

Qeyd edək ki, komandamız UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 16-da Qəbələdə Estoniya yığması, noyabrın 19-da isə Solnada İsveç seçməsi ilə qarşılaşacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью