“Azərbaycan milli mətbuatının 150 illiyi yubiley medalı təsis ediləcək

03.02.2025

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” ilə bağlı yubiley medalı təsis ediləcək.

APA xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью