Icma.az, Newscenter.az saytına istinadən bildirir. Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (AMQF) İdarə Heyəti, Foruma üzv QHT
Newscenter.az xəbər verir ki, istiqlal qurbanlarının əziz xatirəsi hörmətlə anılıb, məzarları önünə qərənfillər düzülüb.
Qeyd edək ki, bu günlərdə Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təşəbbüsü ilə Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçiləri, ictimai fəallar, 20 Yanvar şəhidlərinin ailə üzvləri və 20 Yanvar veteranları Norveç Nobel Komitəsinin sədrinə və üzvlərinə Açıq Məktub ünvanlayıb.Açıq Məktubda Mixail Qorbaçovun hələ də Nobel Sülh Mükafatı laureatı adını daşıması bu mükafatın tarixində ən böyük ədalətsizlik kimi qiymətləndirilib.
Qeyd olunub ki, Azərbaycan ictimaiyyəti uzun illərdir bu ədalətsizliyin bir gün mütləq aradan qaldırılacağına inamını itirməyib.
Açıq Məktubda Norveç Nobel Komitəsindən bu qara ləkəni təmizləmək, Azərbaycan xalqına qarşı olan haqsızlığı aradan qaldırmaq, 20 Yanvar qırğınının əmrini vermiş Mixail Qorbaçovun həmin mükafatdan məhrum edilməsi tələb olunub.
Bu müraciət geniş ictimai dəstək qazanıb.Süleyman Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.