Xalq qazeti saytına istinadən Icma.az xəbər verir. Aprelin 9-da Azərbaycan Milli Xalça Muzeyində Macarıstanın sədrliyi ilə Mərkəzi Avropa Mə
Burada Mərkəzi Avropa Mədəniyyət Platformasına üzv ölkələrin (Avstriya, Çexiya, Macarıstan, Slovakiya), həmçinin Azərbaycanın modelyer-dizay
Birgə sərgidə moda və dizayn sahəsində təhsil alan 28 istedadlı tələbənin müxtəlif texnikalarda, təkrar emal olunmuş və təbii materiallardan
Müəlliflər bu geyimlərlə biomaterialların, tekstilin transformasiya potensialını göstərir, ənənəvi tullantı anlayışına qarşı çıxırlar.
Onlar müasir dizaynda orijinallıq, intuisiya, müstəqil düşüncə və tənqidi təfəkkürün rolunu, həmçinin təkrar emalı artırmaqla moda sənayesinin ətraf mühitə mənfi təsirlərini azaltmağın mümkünlüyünü diqqətə çatdırırlar.
Dayanıqlılıq və moda arasındakı əlaqəni araşdıran, müxtəlif yanaşma və həll yolları təqdim edən layihə Mərkəzi Avropa Mədəniyyət Platforması, Macarıstanın ölkəmizdəki səfirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə baş tutacaq.
Sərgi aprelin 13-dək davam edəcək. Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.