Azərbaycan millilərində məşqçi dəyişiklikləri

30.06.2026

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan millilərində məşqçi dəyişiklikləri

Azərbaycanın qızlardan ibarət U-15 və U-17 milli komandalarında məşqçi dəyişiklikləri və yeni təyinatlar gerçəkləşib.

QOL.az xəbər verir ki, bu haqda AFFA-nın mətbuat xidməti məlumat yayıb. U-15 yığmamızda baş məşqçi vəzifəs Rövşən Qasımova həvalə olunub. O, həmçinin A millinin köməkçi məşqçisi kimi fəaliyyətini davam etdirəcək. Köməkçi məşqçi Manə Mollayeva (A millinin futbolçusu), qapıçılar üzrə məşqçi Günay İsmayılova (A millinin qapıçısı) təyin edilib.

U-15 millisinin köməkçi məşqçisi Samirə Aşırova ilə isə yollar ayrılıb.

U-17 milli yığmamıza Xanlar Əliyev rəhbərlik edəcək. O, həmçinin A millinin köməkçi məşqçisi kimi fəaliyyətini davam etdirəcək.

Bundan əlavə, Əli Muradov U-15, U-17 və U-19 qızlardan ibarət milli komandalarda fitness hazırlığı üzrə məşqçi vəzifəsinə təyin olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью