Azərbaycan millisi 1/4 finalda

27.05.2025

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

26 may 3×3 basketbol üzrə Qadın Seriyasının “Bakı” mərhələsində ilk günün oyunları baş tutub.

Futbolpress.az xəbər verir ki, qadın millimiz qrupdakı ilk oyununda Niderland yığmasına 13-19 hesabı ilə məğlub olub. İkinci görüşdə qızlarımız Çexiyanın “Praqa” klubuna 16-12 hesabı ilə qalib gələrək, qrup ikincisi kimi adını turnirin 1/4 final mərhələsinə yazdırıb.

Millimizin 1/4 finaldakı rəqibi “C” qrupunun lideri Latviya yığması olub. Qeyd edək ki, oyun 27 may saat 18:15-də başlayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью