Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan millisi 1/8 final matçına çıxır
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında bu gecə növbəti oyununa çıxacaq.
QOL.az xəbər verir ki, Elşad Quliyevin komandası 1/8 finalda Qazaxıstanla üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.
Azərbaycan – Qazaxıstan cütünün qalibi 1/4 finalda Çexiya – Monteneqro duelinin güclüsü ilə qarşılaşacaq.
Qeyd edək ki, millimiz F qrupunda bütün matçlarda qalib gələrək 9 xalla lider olub. Komanda Avstriya (1:0), İtaliya (3:2) və Fransanı (3:2) məğlub edib.