Azərbaycan millisi 2 pillə irəlilədi

10.11.2024

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan müstəqil dövlət kimi təmsil olunduğu güləş üzrə böyüklər arasında dünya çempionatlarında 95 medal qazanıb.

Fanat.Az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Albaniyada keçirilmiş son yarışdan sonra qızıl medalların sayı 22-yə çatıb.

Azərbaycanın hesabında 34 gümüş, 39 bürünc medal da var. Bu nəticədən sonra ölkəmiz dünya çempionatları tarixinin ümumi sıralamasında 2 pillə irəliləyib.

Azərbaycan Finlandiya və Almaniyanı keçərək 13-cü yerə yüksəlib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью