Azərbaycan millisi Albaniya və Uelslə qarşılaşacaq

05.12.2024

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının 2024/2025-ci illər mövsümünün ikinci mərhələsinin püşkü atılıb.

"Unikal" xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.

B Liqasının 6-cı qrupunda yer alan U-17 Albaniya və Uels yığmaları ilə mübarizə aparacaq.

İkinci mərhələnin oyunları 2025-ci ilin mart ayında Albaniyada keçiriləcək.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью