Azərbaycan millisi Andorraya qalib gəldi Yenilənib

25.10.2026

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan millisi Andorraya qalib gəldi - Yenilənib

Bakıda təşkil olunan FIFA U-15 Dünya Kuboku və Festivalı davam edir.

QOL.az xəbər verir ki, Azərbaycan millisi bu gün turnir çərçivəsində əvvəlcə Andorra ilə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb. Yeganə qolu 20-ci dəqiqədə Həsən Mahmudov vurub. 

Millimiz günün ikinci matçında isə Avstraliya ilə üz-üzə gələcək. Bu görüş saat 19:30-da başlayacaq.

Hər iki oyun Hövsan Yarış Kompleksində keçiriləcək.

Azərbaycan millisi ilk görüşündə Şərqi Timor komandasına 6:0 hesabı ilə qalib gəlib və hazırda Avstraliya ilə birgə 3 xalla AF qrupunda şərikli liderdirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью