Azərbaycan millisi ardıcıl iki oyunda uduzdu FIFA reytinqində irəlilədi

17.10.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Azərbaycan millisi FIFA reytinqində bir pillə irəliləyib.

"Unikal" xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv 1142.25 xalla 123-cü pillədə qərarlaşıb.

Komanda əvvəlki siyahıda 1148,09 xalla 124-cü idi.

Yığma bu ay DÇ-2026-nın seçmə mərhələsində səfərdə Fransaya 0:3, Ukraynaya isə 1:2 hesabı ilə uduzub.

Azərbaycan millisinin irəliliməsi 124-cü olan Toqo seçməsinin dörd sıra geriləməsi sayəsində mümkün olub.

Qeyd edək ki, FIFA reytinqinin ilk pilləsində İspaniya (1880.76 xal) yer alıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью