Azərbaycan millisi AVRO 2025 in seçmə mərhələsində sonuncu matçını keçirib

09.02.2025

Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi AVRO-2025-in seçmə mərhələsində bu gün sonuncu matçını keçirib.

“Report” xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi komanda C qrupundakı altıncı oyunda Polşa ilə üz-üzə gəlib.

"Sərhədçi" İdman Mərkəzində keçirilən görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 88:34.

Qeyd edək ki, Azərbaycan millisi Polşa ilə yanaşı Belçika və Litva ilə mübarizə apardığı qrupda daha əvvəl keçirdiyi bütün görüşlərdə rəqiblərinə məğlub olmuşdu.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью