Azərbaycan millisi Avropa çempionatına məğlubiyyətlə başladı

26.11.2026

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət yığması Avropa çempionatının 2026/2027 mövsümünün I seçmə mərhələsində ilk oyununa çıxıb.

Moderator.az xəbər verir ki, B Liqasının 3-cü qrupunda mübarizə aparan millimiz Serbiyada meydan sahibləri ilə qarşılaşıb.

Stara Pazova şəhərindəki Serbiya Futbol Assosiasiyasının İdman Mərkəzində keçirilən görüşdə komandamız 0:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, U-19 millimiz növbəti oyununu noyabrın 29-da Şimali Makedoniya, dekabrın 2-də isə Monteneqro yığmasına qarşı keçirəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью