Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan millisi qadın voleybolçular arasında "CEV EuroVolley 2026" Avropa çempionatında ilk oyununa çıxıb.
QOL.az xəbər verir ki, yığmamız Bakıdakı Milli Gimnastika Arenasında Portuqaliya ilə qarşılaşıb. C qrupunun ilk turu çərçivəsində keçirilən matç Azərbaycan millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan ilk setdə 25:23 hesabı ilə üstün olub. Portuqaliya ikinci setdə eyni hesabla qalib gələrək tarazlıq yaradıb.
Üçüncü setdə komandalar arasında gərgin mübarizə gedib. Azərbaycan millisi 27:25 hesablı qələbə ilə 2:1 önə keçib.
Dördüncü setdə isə yığmamız 25:20 hesabı ilə qalib gələrək görüşü 3:1 hesabı ilə başa vurub. Beləliklə, Azərbaycan millisi Avropa çempionatında mübarizəyə qələbə ilə başlayıb.