Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirəcək.
QOL.az xəbər verir ki, 6-cı qrupda yer alan millimiz Macarıstan yığması ilə üz-üzə gələcək. Rumıniyanın “Tunari” stadionunda təşkil olunacaq qarşılaşmanı moldovalı hakim idarə edəcək. Matç Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
13 noyabr
14:00.Macarıstan (U-17) - Azərbaycan (U-17)
Baş hakim: Ion Orlic (Moldova)
Tunari stadionu.