Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayır

25.11.2025

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununa çıxacaq.

Moderator.az xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan yığma Şimali Makedoniyanın Strumitsa şəhərində Sloveniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

“Kukus” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 15:00-da başlanacaq. Qarşılaşmanı Maltadan olan baş hakim Yoanna Vassallo idarə edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью