Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsindəki sonuncu oyununa çıxır

02.12.2024

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət yığması Avropa çempionatının seçmə mərhələsində bu gün sonuncu matçını keçirəcək.

Oxu.Az xəbər verir ki, komanda B Liqasının V qrupunda Kiprlə üz-üzə gələcək.

Kiprin Pafos şəhərindəki "Peyia Municipal" stadionunda keçiriləcək matç saat 13:00-da başlayacaq.

Qeyd edək ki, Həbib Ağayevin baş məşqçisi olduğu komanda buna qədər qrupda İsveçrə yığmasına 0:8, Estoniyaya isə 0:3 hesabı ilə məğlub olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью