“Azərbaycan millisi Avropa futboluna bənzər oyun sərgiləyir”

29.03.2025

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Belarus millisinin yarımmüdafiəçisi Nikita Demçenko ölkənin əsas komansında vurduğu ilk qolla bağlı təəssüratlarını bölüşüb. Bu qol martın 25-də Masazırda Azərbaycan millisinə qarşı yoxlama matçında (2:0) vurulub.

QOL.az Belarusun sport5.by saytına istinadən xəbər verir ki, Demçenko “Arena” proqramına müsahibəsində  bildirib: 

“Qol vurduğum epizodda Maks Ebonq çox yaxşı oynadı, rəqibi fəndlə aldatdı. Mən isə sadəcə lazım olan yerdə oldum”.

Jurnalistin “Sizcə, Azərbaycan güclüdür, yoxsa Tacikistan?” sualını Minsk “Dinamo”sunun 22 yaşlı yarımmüdafiəçisi belə cavablandırıb:

“Düşünürəm ki, Azərbaycan daha güclüdür. Komanda Avropa futboluna bənzər oyun sərgiləyir. Topla yaxşı davranırlar və ikili mübarizələrdə də yetərincə inamlıdırlar”.

Xatırladaq ki, son yoldaşlıq görüşlərində Karloş Alosun komandası Azərbaycanla matçdan əvvəl Tacikistan üzərində 5:0 hesablı qələbə qazanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью