Azərbaycan millisi Bakıda Rusiya klubu ilə yoxlama oyunu keçirəcək

12.03.2025

Fanat saytına istinadən Icma.az xəbər verir.

Rusiyanın çimərlik futbolu üzrə “Krasnodar” komandası Bakıda təlim-məşq toplanışı keçəcək.

Fanat.Az xəbər verir ki, komanda may ayında Azərbaycana səfər edəcək.

“Krasnodar” Avropa çempionatının I seçmə mərhələsinə hazırlaşan Azərbaycan yığması ilə yoxlama görüşü də keçirəcək.

Qeyd edək ki, yığma hazırlıq məqsədilə mayın 10-dan 17-dək Bakıda toplanış keçəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью