Azərbaycan millisi Belarusda 3 qol buraxdı

28.06.2025

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın qadın futbolçulardan ibarət yığması Belarusda təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama matçını keçirib.

Qaynarinfo xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma meydan sahibləri ilə üz-üzə gəlib.

Görüş Belarus millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komandalar arasında ikinci yoldaşlıq oyunu iyulun 1-də Minskdə yerləşən "Traktor” stadionunda təşkil olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью