Azərbaycan millisi Belçikaya məğlub oldu

26.08.2026

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

Azərbaycan millisi Belçikaya məğlub oldu

Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Avropa çempionatında ilk dəfə məğlub olub.

QOL.az xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi yığma turnirin C qrupunda Belçika ilə qarşılaşıb.

Milli Gimnastika Arenasında keçirilən görüş Belçika təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb - 25:19, 25:22, 25:23.

Bu nəticədən sonra Azərbaycan millisi 8 xalla qrupda 3-cü pilləyə geriləyib. Belçika 11 xalla liderliyə yüksəlib. 8 xalı olan Niderland isə ikinci sırada qərarlaşıb. Portuqaliyanın 3, Rumıniyanın 2, İspaniyanın isə 1 xalı var.

Qeyd edək ki, qrup oyunları avqustun 28-dək Bakıda keçiriləcək. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью