Azərbaycan millisi beynəlxalq turnirə yollanır

15.10.2026

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan cüdo millisi beynəlxalq arenada növbəti sınağa hazırlaşır. Komandamız Qazaxıstanda təşkil olunacaq Asiya Açıq Turnirində iddialı heyətlə təmsil olunacaq.

Futbolpress.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının yaydığı məlumata əsasən, nüfuzlu yarışda ölkəmizi 11 çəki dərəcəsində ümumilikdə 27 idmançı (6 qadın və 21 kişi) təmsil edəcək.

Yarışda milli komandalarımıza məşqçilər korpusu rəhbərlik edəcək. Kişilərdən ibarət kollektivə böyük məşqçi Robert Kravçik və məşqçi Əbdülhəqq Rəsullu, qadınlardan ibarət yığmaya isə baş məşqçi Amina Abdellatif və məşqçi İmamverdi Məmmədov başçılıq edəcəklər.

Heyətdə kişilər arasında Məhəmməd Rüstəmli, Babərahim Mirzəyev, Murad Əliyev, Fərid Qarayev, Kənan Hüseynov, Amin İsmayılov (hamısı 60 kq), Nazir Talıbov, Rəşad Yelkiyev, Zahir Ağazadə, Yaşar Nəcəfov, Kənan İsmayılov (hamısı 66 kq), Səlim Sultanov, Kamran Süleymanov, Rüfət Şövlətov, Nəriman Mirzəyev (hamısı 73 kq), Xəyyam Əliyev, Əli Qazıməmmədov (hər ikisi 90 kq), Canpolad Əliyev, Elmar Qasımov (hər ikisi 100 kq), Eldar Əliyev və Sübhan Axundov (hər ikisi +100 kq), qadınlar arasında isə Fəridə Mirzəyeva (52 kq), Gülnarə Bayramova (57 kq), Alina Kuqayeva, Südabə Ağayeva (hər ikisi 70 kq), Nərmin Əmirli (78 kq), Madina Kaisinova (+78 kq) yer alıblar.

Oktyabrın 17-18-də keçiriləcək Asiya Açıq Turnirində 7 ölkədən ümumilikdə 230 cüdoçu mükafatlar uğrunda mübarizə aparacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью