Azərbaycan millisi böyük hesabla məğlub olub

26.11.2024

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində keçirdiyi ilk oyunda böyük hesabla məğlub olub. SİA-nın məlumatına görə, B Liqasının 5-ci qrupunda yer alan yığma İsveçrə ilə üz-üzə gəlib.

Kiprin “Kouklia Community” stadionunda təşkil olunan qarşılaşma rəqibin 8:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, U-19 noyabrın 29-da Estoniya, dekabrın 2-də meydan sahibləri ilə münasibətləri aydınlaşdıracaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью