Azərbaycan millisi bu gün qrupda son oyununa çıxır

13.11.2026

Qol.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan millisi bu gün qrupda son oyununa çıxır

Azərbaycan futbol millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində son oyununu keçirəcək.

QOL.az xəbər verir ki, D Liqasının 2-ci qrupunda mübarizə aparan yığmamız səfərdə Lixtenşteynlə qarşılaşacaq.

Vaduts şəhərindəki “Reynpark” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Matç CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.

Ayxan Abbasovun baş məşqçis olduğu Azərbaycan millisi hazırda 3 oyundan 5 xalla qrup lideridir. Litva 4 xalla ikinci, Lixtenşteyn isə 1 xalla üçüncü pillədə qərarlaşıb.

Yığmamız Lixtenşteynə qalib gələcəyi təqdirdə digər oyunların nəticəsindən asılı olmayaraq, qrupu birinci yerdə başa vuracaq.

Əlavə edək ki, yeni mövsümdən etibarən Millətlər Liqasında D Liqası ləğv olunacaq. Odur ki, Azərbaycan millisi də daxil olmaqla, bu liqada yarışan bütün komandalar növbəti mövsüm UEFA Millətlər Liqasının yeni formatda keçiriləcək C Liqasında mübarizə aparacaqlar.

13 noyabr

23:45. Lixtenşteyn - Azərbaycan

Baş hakim: Kristo Tohver (Estoniya)

“Rheinpark” stadionu, Vaduz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью