Azərbaycan millisi bu həftə məşqlərə başlayacaq

25.11.2024

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın çimərlik futbolu millisi bu həftə məşqlərə başlayacaq.

Bu barədə  komandanın baş məşqçisi Sahib Məmmədov məlumat verib.

Mütəxəssis heyətə yeni futbolçular dəvət ediləcəyini vurğulayıb:

“Noyabrın 29-dan etibarən məşqlərə başlayacağıq. Yəqin ki, yeni ildən sonra komandaya gənc futbolçular cəlb ediləcək. Ümumiyyətlə, yeni futbolçulara ehtiyac var. Komandanı kimlərin tərk edəcəyi ilə bağlı hələ qərar verilməyib. Yeni ildən sonra yoldaşlıq görüşü keçirməyi də planlaşdırmışıq”.

Qeyd edək ki, yığma ötən ay İspaniyanın Kadis şəhərində təşkil olunan dünya çempionatının seçmə mərhələsindən sonra istirahətə buraxılmışdı.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью