Azərbaycan millisi Cəbəllütariqi məğlub etdi İdmanXəbər

19.11.2025

Icma.az, Idmanxeber.az saytına istinadən bildirir.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində beşinci oyununa çıxıb.

İdmanxeber.az xəbər verir ki, B qrupunda yer alan millimiz Cəbəllütariqin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. “Europa Point Stadium” keçirilən görüşdə komandamız Murad Məmmədovun 54-cü dəqiqədə vurduğu qol sayəsində 1:0 hesablı qələbə qazanıb. Bu nəticədən sonra Rəşad Eyyubovun yetirmələri xallarının sayını 5-ə çatdırıb.

Qeyd edək ki, U-21 qrupda növbəti görüşünü 2026-cı il martın 27-də evdə Portuqaliya yığmasına qarşı keçirəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью