Azərbaycan millisi Çili yığmasına məğlub oldu

28.10.2026

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan millisi Bakıda keçirilən U-15 dünya çempionatı və festivalında növbəti oyununa çıxıb.

Moderator.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv C Divizionunun (65-96-cı yerlər uğrunda) 1/16 final mərhələsində Çili yığması ilə qarşılaşıb.

Hövsan Yarış Kompleksində keçirilən görüş Azərbaycan millisinin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Beləliklə, yığmamız növbəti mərhələdə Cəbəllütariq seçməsi ilə üz-üzə gələcək. Rəqib 1/16 finalda Belarusa 0:6 hesabı ilə uduzub.

Azərbaycan – Cəbəllütariq matçı bu gün saat 18:15-də başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью