Azərbaycan millisi dünya çempionatında sonuncu oyununu keçirib

30.10.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 30 oktyabr, AZƏRTAC

Azərbaycan millisi Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalında sonuncu oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv 83-cü yer uğrunda görüşdə Əfqanıstan yığması ilə qarşılaşıb. Hövsan Yarış Kompleksində keçirilən qarşılaşmanın əsas vaxtı 3:3 hesablı heç-heçə ilə yekunlaşdığı üçün penaltilər seriyası oynanılıb.

Burada daha dəqiq oynayan (3:2) Əfqanıstan yığması dünya çempionatında 83-cü yeri tutub.

Qeyd edək ki, dünya çempionatı bu gün Bakı Kristal Zalında keçiriləcək final oyunu, mükafatlandırma və bağlanış mərasimi ilə yekunlaşacaq.

Müxbir - Cavid Əliyev

Fotoqraf - İlkin Cavanşirov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью