Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək

21.11.2024

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.

"Report"un məlumatına görə, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv səfərdə İrlandiya ilə üz-üzə gələcək.

Dublin şəhərindəki Milli Basketbol Arenasında təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

İki qarşılaşmadan sonra yığmamız 3 xalla ikinci pillədə qərarlaşıb. Lider İsveçrənin 4, üçüncü yerdəki Kosovonun 3, İrlandiyanın isə 2 xalı var.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью