Azərbaycan millisi Dünya Kubokunda 14 cü yeri tutub

16.11.2026

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Misirin paytaxtı Qahirədə keçirilən Dünya Kubokunun mərhələ yarışında çıxışını 14-cü pillədə başa vurub.

Apasport.az xəbər verir ki, 12-15 noyabr tarixlərində təşkil olunan yarışda 22 komanda mübarizə aparıb.

Zərifə Hüseynova, Səbinə Kərimova, Anna Başta və Palina Kaspiaroviçdən ibarət komandamız ilk görüşündə Türkiyə yığmasını 45:30 hesabı ilə məğlub edib. Lakin millimiz ən güclü səkkizliyə yüksəlmək uğrunda ABŞ-a 36:45 hesabı ilə uduzub.

9-16-cı yerlər uğrunda keçirilən görüşlərdə Çin yığmasına 34:45 hesabı ilə məğlub olan sablyaçılarımız İspaniya millisini 45:29 hesabı ilə üstələyib. Son qarşılaşmada isə Ukrayna yığmasına 36:45 hesabı ilə uduzublar.

Fərdi yarışda Azərbaycan millisinin üzvü Anna Başta 180 iştirakçı arasında 16-cı yeri tutaraq ən yaxşı nəticəyə imza atıb. Qrup mərhələsində 4 qələbə qazanan idmançımız pley-offda Polşa və ABŞ təmsilçilərini məğlub edərək 64-lüyə yüksəlib. Daha sonra Macarıstan və Çin sablyaçılarına qalib gələn Başta 1/8 finalda Rusiya təmsilçisi Yana Yeqoryanla qarşılaşıb və 11:15 hesabı ilə məğlub olub.

Digər təmsilçilərimizdən Palina Kaspiaroviç 32-liyə, Səbinə Kərimova isə 64-lüyə qədər irəliləyib. Zərifə Hüseynova mübarizəni pley-off mərhələsində dayandırıb.

Qeyd edək ki, Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında qılıncoynatmanın sablya növündə Azərbaycanı təmsil edən Abbas Hüseynov fərdi yarışda 6-cı yeri tutub.

Azərbaycan yanğın və xilasetmə idmanı üzrə dünya çempionatlarına ev sahibliyi edəcək Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib Azərbaycan millisi Asiya Kubokunda iki medal qazanıb “Kadillak”da yeni müqavilə - RƏSMİ Yığmamız Asiya Kubokunun II mərhələsində iştirak edəcək
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью