Azərbaycan millisi Dünya Kubokunda 9 cu oldu

12.02.2025

Icma.az, Fanat saytına istinadən bildirir.

Azərbaycan millisi yeniyetmələr arasında xizək alpinizmi üzrə Dünya kubokunda iştirak edib.

Fanat.Az xəbər verir ki, Slovakiyanın Rujomberok şəhərində “Malino Brdo” Xizək Mərkəzində keçirilən yarışda ölkəmiz iki idmançı ilə təmsil olunub.

Sprint yarışında Nəbiyulla Qələbəgiyev 9-cu, Ramin Beybutov isə 15-ci yerə sahib olub.

Qeyd edək ki, bu növdə 11 ölkədən olan 22 idmançı mübarizə aparıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью