Azərbaycan millisi EEVZA çempionatında iştirak edəcək

21.11.2024

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın 16 yaşadək oğlanlardan ibarət millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək.

Apasport.az xəbər verir ki, turnirdə ev sahibi ilə yanaşı, Azərbaycan, Latviya, Gürcüstan, Ukrayna və Polşa yığmaları mübarizə aparacaq.

B qrupunda yer alan millimizin rəqibləri Latviya və Estoniya kollektivləridir. U-16 noyabrın 27-də Estoniya, iki gün sonra Latviya ilə görüşəcək.

Yarış noyabrın 27-30-u aralığında Estoniyada keçiriləcək.

Qeyd edək ki, yarış AVRO-2025-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanacaq.

Zaur Hacıyev CEV Kubokuna təyinat alıb AVF rəsmisinə növbəti dəfə təyinat verilib Voleybolçularımız Alanyaya yollanıblar Voleybolçularımız təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar Avropa çempionatı Azərbaycanda!
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью