Azərbaycan millisi EEVZA çempionatında mübarizəni başa vurub

30.11.2024

Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın 16 yaşadək voleybolçu oğlanlardan ibarət millisi Estoniyada təşkil olunan Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında mübarizəni başa vurub.

"Report" xəbər verir ki, komanda bu gün 5-ci yer uğrunda keçirilən oyunda A qrupunun üçüncüsü olan Gürcüstan yığması ilə qarşılaşıb.

Görüş rəqibin 3:0 (15:25, 16:25, 12:25) hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Estoniyada təşkil olunan yarışda B qrupunda yer alan U-19 Latviyaya və təşkilatçı ölkənin təmsilçilərinə də 0:3 hesabı ilə məğlub olmuşdu.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью