Azərbaycan millisi Əfqanıstanla qarşılaşacaq

30.10.2026

Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda təşkil olunan FIFA U-15 Dünya Çempionatı və Festivalında mübarizə aparan Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.

AZXEBER.COM xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu komanda Əfqanıstan yığması ilə üz-üzə gələcək.

C divizionunda keçiriləcək qarşılaşma saat 11:30-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi AF qrupunu 9 xalla üçüncü pillədə başa vuraraq C Divizionuna vəsiqə qazanıb.

Yığma qrup mərhələsində Timor-Lesteni 6:0, Andorranı 1:0, İsraili isə 3:1 hesabı ilə məğlub edib. Komanda Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub.

Millimiz C Divizionundakı ilk oyununda Çiliyə 3:1, Vyetnama isə 4:2 hesabı ilə məğlub olub, Cəbəllütariqə 5:1, Mozambikə isə 4:1 hesabı ilə qalib gəlib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью