Azərbaycan millisi Estoniya ilə heçheçə etdi

16.11.2024

Icma.az, Qol.az saytına istinadən bildirir.

Bu gün Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununa çıxıb. 

QOL.az xəbər verir ki, yığmamız Qəbələdə Estoniya millisi ilə üz-üzə gəlib. Bu, Azərbaycan millisinin adıçəkilən rayonda keçirəcəyi ilk rəsmi matç kimi tarixə düşüb. 

Həmçinin oxuyun: Azərbaycan millisi D liqasına hansı halda düşə bilər?

Görüş qolsuz heç-heçə ilə başa çatıb. Beləliklə, 5 turdan sonra millimiz qrupda 1 xalı var və sonuncu yeri tutur. Estonlar isə 4 xalla üçüncüdürlər. 

Qeyd edək ki, millimiz qrupdakı son görüşündə səfərdə İsveçin qonağı olacaq. 

UEFA Millətlər Liqası

C liqası, V tur

16 noyabr

18:00. Azərbaycan - Estoniya - 0:0 

Baş hakim: Con Beaton (Şotlandiya)

Qəbələ şəhər stadionu

N Komandalar O Q H M T-F X 1 İsveç 4 3 1 0 11-3 10 2 Slovakiya 4 3 1 0 8-3 10 3 Estoniya 5 1 1 3 3-8 4 4 Azərbaycan 5 0 1 4 3-11 1
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью