Azərbaycan millisi Estoniyanı qəbul edir YENİLƏNİR İdmanXəbər

16.11.2024

Idmanxeber.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununa çıxacaq. 

İdmanxeber.az xəbər verir ki, yığmamız Qəbələdə Estoniya millisi ilə üz-üzə gələcək. Bu, Azərbaycan millisinin adıçəkilən rayonda keçirəcəyi ilk rəsmi matç kimi tarixə düşəcək. 

Hazırda 4 turdan sonra millimiz qrupda xalsızdır və sonuncu yeri tutur. Tallində yığma komandamız üzərində 3:1 hesablı qələbə qazanan estonlar isə 3 xalla üçüncüdürlər. 

Qeyd edək ki, millimiz qrupdakı son görüşündə səfərdə İsveçin qonağı olacaq. 

UEFA Millətlər Liqası

C liqası, V tur

16 noyabr

18:00. Azərbaycan – Estoniya 

Baş hakim: Con Beaton (Şotlandiya)

Qəbələ şəhər stadionu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью