Azərbaycan millisi ev oyunlarını harada keçirəcək? DÇ 2026

31.03.2025

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsinə hazırlıq işləri aparılır.

QOL.az-ın əldə etdiyi məlumata görə, hazırda AFFA qarşısında duran əsas vəzifələrdən biri də milli komandanın ev oyunlarını keçirəcəyi məkanı müəyyənləşdirməkdir.

Bu gün üçün rəqibləri qəbul edəcək üç namizəd stadion var. Bunlar Tofiq Bəhramov adına Respublika stadionu, “Neftçi Arena” və Mərdəkandakı “Liv Bona Dea” arenadır. DÇ-2026-da Azərbaycan millisinin sonuncu rəqibinin Fransa olmasından sonra, görüşə mümkün yüksək marağı nəzərə alan AFFA bu oyunu Bakı Olimpiya Stadionunda təşkil etmək variantını da nəzərdən keçirir. Lakin hələlik ev stadionları ilə bağlı yekun qərar verilməyib.

Onu da qeyd edək ki, matçlardan birinin Gəncə stadionunda keçiriləcəyi barədə sosial mediada yayılan xəbərlər həqiqəti əks etdirmir.

Xatırladaq ki, Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda Fransa, Ukrayna və İslandiya komandaları ilə mübarizə aparacaq. 

Millimizin oyunlarının təqvimi aşağıdakı kimidir:

5 sentyabr

22:45. İslandiya - Azərbaycan 

9 sentyabr

20:00. Azərbaycan - Ukrayna

10 oktyabr

22:45. Fransa - Azərbaycan

13 oktyabr 

22:45. Ukrayna - Azərbaycan

13 noyabr 

21:00. Azərbaycan - İslandiya

16 noyabr 

21:00. Azərbaycan - Fransa

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью