Azərbaycan millisi Farer adalarına QALİB GƏLDİ

06.09.2025

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sloveniyada təlim-məşq toplanışında olan Azərbaycan U-19 millisi bu gün “Slovenia Nations Cup” yoldaşlıq turnirində ikinci oyununa çıxıb.
Bizim.Media xəbər verir ki, yığmamız Farer adalarının müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
“Çatez” stadionunda keçirilən Azərbaycan millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
 

Komandamızın heyətində 21-ci dəqiqədə Rauf Qafarov və 57-ci dəqiqədə Eltun Babazadə (penalti) fərqləniblər.


Qeyd edək ki, millimiz ilk matçda İslandiya seçməsi üzərində 2:1 hesablı qələbə qazanıb.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью